Həzrət İmam Səccad əleyhissəlamın dualarından
08 February 2026
18:20
۱,۰۵۴
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Əli ibn Huseyn əleyhiməssəlamın möhtəşəm “Səhifei-Səccadiyyə” kitabının 44-cü duasında mübarək Ramazan ayının gəlişi münasibəti ilə Allah-təalanın dərgahında etdiyi münacatını siz əzizlərə təqdim edirik.
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَأَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلالَ حُرْمَتِهِ، وَ التَّحَفُّظَ مِمَّا حَظَرْتَ فِيهِ، وَأَعِنَّا عَلَى صِيَامِهِ بِكَفِّ الْجَوَارِحِ عَنْ مَعَاصِيكَ، وَاسْتِعْمَالِهَا فِيهِ بِمَا يُرْضِيكَ حَتَّى لا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَلا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ وَحَتَّى لا نَبْسُطَ أَيْدِيَنَا إِلَى مَحْظُورٍ، وَلا نَخْطُوَ بِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَحَتَّى لا تَعِيَ بُطُونُنَا إِلا مَا أَحْلَلْتَ، وَلا تَنْطِقَ أَلْسِنَتُنَا إِلا بِمَا مَثَّلْتَ، وَلا نَتَكَلَّفَ إِلا مَا يُدْنِي مِنْ ثَوَابِكَ، وَلا نَتَعَاطَى إِلا الَّذِي يَقِي مِنْ عِقَابِكَ، ثُمَّ خَلِّصْ ذَلِكَ كُلَّهُ مِنْ رِئَاءِ الْمُرَائِينَ، وَ سُمْعَةِ الْمُسْمِعِينَ، لا نَشْرَكُ فِيهِ أَحَدا دُونَكَ، وَلا نَبْتَغِي فِيهِ مُرَادا سِوَاكَ.
Ey mənim Rəbbim, Muhəmməd və onun soyuna salam yetir və bu ayın üstünlüyünü tanımağı, onu əziz tutmağı, o ayda haramlardan çəkinməyi bizə ilham et, onda oruc tutub bədən əzalarımızı günahlardan qorumaqda, onları Sənin razı qaldığın yerlərdə işə salmaqda bizə yardım et ki, qulağımızla boş sözlərə qulaq asmayaq, gözlərimizlə batilin tamaşasına tələsməyək, əllərimizi harama uzatmayaq, Sənin qadağan etdiyin yerə addım atmayaq, qarınlarımız halaldan başqa şeylə dolmasın, dillərimiz Sənin dediklərindən savayı, başqa şeylərə açılmasın, razılığına səbəb olacaq işdən savayı heç bir iş üçün sə’y göstərməyək, əzabından saxlayacaq başqa şeyləri öyrənməyək, sonra bütün bunları riyakarların özünü göstərməsindən, şöhrət tələblərin şöhrətindən xalis və pak et, belə ki, kimsəni bu işdə Səninlə yanaşı şərik etməyək, Səndən savayı ayrı bir məqsədimiz olmasın…
İltimas
dua