Mübarək Ramazan ayının astanasında
08 February 2026
19:56
۱,۰۶۹
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının astanasında
Əbus-səlt Hərəvi rəvayət etmişdir ki, Şəban ayının axırıncı gecəsi İmam Rzanın (əleyhissəlam) hüzuruna getdim. Həzrət buyurdu: “Ey Əbus-səlt, Şəban ayının çox hissəsi keçdi və bu axırıncı cümə günüdür.
Bu ayın keçmiş günlərində etdiyi günahların qalan günləri ərzində bağışlanmasını istə və çoxlu Quran oxu. Ayın axırında Allaha görə xalislərdən olasan deyə öz günahlarından tövbə et. Üzərində olan bütün haqları və əmanətləri ödə. Qəlbində olan kin-küdurəti çıxar. Bütün etdiyin günahları tərk et. Allahdan həya et və öz işlərinin gizli və aşkar məqamlarında Allaha təvəkkül et. Allaha hər kəs təvəkkül edərsə, Allah taala ona kifayət edər. Bu ayın qalan vaxtında bu duanı çox oxu:
اللَّهُمَّ إِنْ لَمْ تَكُنْ غَفَرْتَ لَنَا فِيمَا مَضَى مِنْ شَعْبَانَ فَاغْفِرْ لَنَا فِيمَا بَقِيَ مِنْهُ
Əllahummə illəm təkun ğəfərtə ləna fima məza min şə`ban, fəğfir ləna fima bəqiyə minh.
İlahi, əgər Şəban ayının keçən günlərində bizi bağışlamayıbsansa, onda, qalan günlərində bizi bağışla!
Həqiqətən Allah, bu gecədə Ramazan ayının hörmətinə görə, bir çox bəndələri cəhənnəm alovundan qurtaracaq.
Mənbə: