Ramazan ayının gündəlik duaları
08 February 2026
19:54
۱,۰۷۰
Xəbərin xülasəsi :
-
İmam Zamanın (əleyhissəlam) zühuru “Allahın əmridir”
-
Həzrət İmam Sahib əz-Zaman əleyhissalamın həyatına qısa baxış
-
İmam Zamanı (əleyhissəlam) tanımağın əhəmiyyəti
-
Həzrət Məhdi Sahib-Zaman əleyhissəlamın təvəllüd günü
-
Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
-
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının gündəlik duaları
İbni Abbas belə rəvayət edir: “Peyğəmbər (sallallahu əleyhi və alih), Ramazan ayının günlərinin orucu üçün çoxlu fəzilət buyurmuşdur və hər gün üçün xüsusi dua yüksək fəzilət və savabla zikir etmişdir. Biz burada ancaq duanın özünü gətiririk.
Birinci günün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
Əllahumməc`əl siyami fihi siyaməs saimin, və qiyami fihi qiyaməl qaimin, və nəbbihni fihi ən nəvmətil ğafilin, və həb li curmi fihi ya ilahəl aləmin, və`fu ənni ya afiyən ənil mucrimin.
İlahi, bu gün mənim orucumu oruc tutanların orucundan və durub Sənə ibadət etməyimi ibadət edənlərin ibadətindən hesab et. Məni qəflətdə yatanların yuxusundan oyat. Günahlarımı bağışla, ey aləmlərin Allahı və ey günahkarları əfv edən!
İltimasi dua