Azari

Huseyn ibn Əli əleyhiməssəlam Quran ayələrində

24 July 2025

15:18

۱۶

Xəbərin xülasəsi :
Əhzab surəsi, 33-cü "Təthir" ayəsi: Ey ev əhli! Allah ancaq sizdən bütün çirkinliyi aradan qaldırmaq və sizi pak etmək istəyir!
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Huseyn ibn Əli əleyhiməssəlam Quran ayələrində

“Təthir” ayəsi

(ardı)

Bir neçə sual:

1. «يطهّركم»  (O, sizi pak edir) demək deyilmi ki, Əhli-beytin (əleyhimussəlam) çirkli olması və Allah onları pak etməsidir?

Cavab: Paklığın və təmizliyin şərti çirkin olmaq deyildir, çünki Qurani-kərim cənnət qızları üçün «مطهّرة» (təmizlənmiş) kəlməsini işlədir, baxmayaraq ki, onlar heç bir şəkildə çirklənməmişlər. Başqa sözlə desək, «يطهّركم» (sizi pak edir) onları əvvəlki çirkabdan təmizləmək deyil, pak saxlamaq deməkdir.

2. Əgər Əhli-beyt cəmi beş nəfərdirsə, nə üçün bu ayə Peyğəmbərin zövcələri ilə bağlı cümlələr arasında yer alıb?

Cavab: a) «انّما يريد اللّه ...» (Allah iradə edir-istəyir) cümləsi ayrıca nazil olub, lakin Qurani-Kərim toplananda bu cümlələrin arasında yerləşdirilib.

b) “Məcmə ul-Bəyan” təfsirinə görə, ərəb natiqlərinin, şair və yazıçılarının adəti sözün təsirini artırmaq üçün adi danışığın arasına yeni və mühüm bir məlumat və söz daxil etmək idi. Məsələn, xəbər verilişi zamanı natiq bir dəfə “Mənə yenicə çatan xəbərə diqqət yetirin” deyirsə, bu şəkildə danışmaq psixoloji və təbliğat sarsıntısı yaradır. “Maidə” surəsinin üçüncü ayəsində də buna bənzər bir ayə oxuyuruq ki, burada vəliyyə, rəhbərliyə, dinin kamilliyinə, bütün nemətlərə, kafirlərin ümidsizliyinə və ilahi rizaya aid olan məsələ, donuz əti və qanla bağlı hökmlərlə yanaşı nazil edilmişdir və bu cür daxiletmələr Quranın layiqsiz insanların təhrifindən qorunub saxlanmasının sirridir. Necə ki, qadınlar bəzən evdən çıxarkən zinət əşyalarını pambıq balışlıqlara qoyurlar. Qızıl və pambığın heç bir əlaqəsi olmasa da, bu, onları vicdansız insanlar tərəfindən oğurlanmaqdan qorumaq üçün edilir.

c) Qurani-Kərim Peyğəmbərin (sallallahu əleyhi və alih) zövcələrinə verdiyi nəsihətlər arasında birdən buyurur: Allah-Taala Əhli-beytin məsumluğu üçün xüsusi iradəsi vardır, yəni, ey Peyğəmbərin zövcələri! Siz Məsumların (əleyhimussəlam) olduğu evdəsiniz və mütləq təqvaya daha çox riayət etməlisiniz.

d) Qadın cəm əvəzliyinin işlədildiyi Peyğəmbərin zövcələri haqqındakı cümlələrdən fərqli olaraq, Əhli-beyt haqqında danışarkən kişi cəm əvəzliyindən istifadə edilir, bu da kişilərin çoxluğuna dəlalət edir. «بيوتكنّ، اقمن - عنكم، يطهّركم»

Hərçənd bu ayə Peyğəmbərin zövcələrinə xitab edilir, lakin şübhəsiz məqsəd bütün müsəlman qadınlarıdır ki, bu göstərişlərə əməl etməlidirlər.

Peyğamlar:

1-Qadının yeri özünü göstərmədən ya evdədir, ya da evdən kənarda. «قرن - لا تبرّجن»

2-İslamdan əvvəlki dövrə qayıtmaq qadağandır. «لا تبرّجن تبرّج الجاهليّته الاولى»

3- Özünü açıb göstərmək sivilizasiya əlaməti deyil, cahillik əlamətidir. «تبرّج الجاهليّته الاولى»

4- Namaz və zəkat bir-birindən ayrılmaz və bir-birini tamamlayan iki ünsürdür. «الصلاة و... الزكوة»

5-Allaha itaətlə bərabər Peyğəmbərə itaət də vacibdir. «اَطِعن اللّه و رسوله»

6- Günah ruhun çirkləşməsidir və Peyğəmbər ailəsi (onlara Allahın salavatı və salamı olsun) bu çirkinlikdən uzaq olmalıdır. «ليذهب عنكم الرّجس اهل البيت»


İltimas dua


Etiketlər :

Huseyn ibn Əli əleyhiməssəlam Quran ayələrində