Huseyn ibn Əli əleyhiməssəlam Quran ayələrində
26 July 2025
05:35
۱۲
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Huseyn ibn Əli əleyhiməssəlam Quran ayələrində
“Təthir” ayəsi
Əhzab surəsi, 33-cü ayə
إنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Ey ev əhli! Allah ancaq sizdən bütün çirkinliyi aradan qaldırmaq və sizi pak etmək istəyir!”
وقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَي وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً
“Evlərinizdə qalın və əvvəlki (ilk) cahiliyyət dövründəki kimi özünüzü (və zinətlərinizi başqalarına) göstərməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli, Allah ancaq sizdən çirkinliyi uzaqlaşdırmaq və sizi pak etmək istəyir.”[1]
Mübarək ayənin qısa şərhi:
«قَرْنَ» (Qarnə), “vəqar” (وقار) və ya “qarar” (قرار) kükündən gəlir və hər iki mənanın nəticəsi eynidir. Yəni evlərinizdən özünüzü göstərmək üçün çıxmayın.
«تبّرج» (Təbərruc) «بُرج» (burc) sözündən olub, qüllənin digər tikililər arasında özünəməxsus görkəmi olduğu kimi, özünü reklam deməkdir.
“İlk cəhalət” bu gün şahidi olduğumuz “son cəhalət”in yaranmasına dəlalət edir. Hədisdə də buyurulur: “Son cəhalət gələcək.”[2] Tezliklə başqa bir cəhalət gələcək.
Əgər cahiliyyət dövründə qız uşaqları diri-diri basdırılırdısa, bu gün dölü abort etməklə həm qızlar, həm də oğlanlar məhv edilir.
Əgər o cahiliyyət dövründə qətllər, sui-qəsdlər olubsa, bu gün böyük, qlobal müharibələrdə milyonlarla qətllər törədilir.
Cahiliyyət dövründə məktəb yox idi, cinayətlər baş verirdi. Bu gün minlərlə universitet olmasına baxmayaraq, ən mühüm insan hüquqları pozulur.
Cahiliyyət dövründə fəsad və zina cinayət idi; amma bu gün dünyanın ən qabaqcıl ölkələrində homoseksuallıq qanunidir.[3]
“Təthir” ayəsi haqqında məsələlər
«اِنَّما يُريدُ اللّهُ ليُذهِبَ عنكْم الرِّجْسَ اَهلَ البَيتِ وَ يُطهِّرَكُمْ تَطهيراً»
«اِنّما» (İnnəma) kəlməsi dəlalət edir ki, ayədə Əhli-beyt (əleyhimussəlam) üçün müstəsna nemətdən bəhs edilir.
Allahın istəyi və “İradə”sinin (يُريد) mənası yaradıcı iradədir, çünki Allahın qanunverici iradəsi təkcə Peyğəmbərin (sallallahu əleyhi və alih) ev əhlinin deyil, bütün insanların paklığıdır.
«رجس» (Rigs) hər cür xarici və daxili çirkləri bildirir.[4]
“Əhli-beyt” ifadəsi Peyğəmbərin (sallallahu əleyhi və alih) bütün ailəsinə deyil, şiə və sünni hədislərində adları keçən bəzi şəxslərə məxsusdur. Bu qrupa daxildir: Əli, Fatimə, Həsən və Hüseyn əleyhimussəlam.
Sual: Bu ixtisasın səbəbi nədir? Bəs niyə ayənin bu hissəsi Peyğəmbərin (sallallahu əleyhi və alih) zövcələri və ya onun bütün ailəsi haqqında deyil?
Cavab: 1. Peyğəmbərin zövcələrinin özlərindən, hətta Aişə və Ümmü Sələmədən belə rəvayətlər var ki, onlar Allah Rəsulundan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdular: “Biz də Əhli-beytdənikmi?”
Peyğəmbər (sallallahu əleyhi və alih) buyurdu: Xeyr.
2. Bir neçə rəvayətdə oxuyuruq: Peyğəmbər (sallallahu aleyhi və alih) bu beş nəfərin (onlardan biri Peyğəmbərin özü idi) başlarına əba (xüsusi üst geyimi və örtüyü) örtdü: “Bunlar mənim əhli-beytimdir” dedi və başqalarını əbanın altına buraxmadı.
3. Həzrət Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əhli-beytin beş nəfərə məxsusluğunu sübut etmək üçün altı ay (bəzi rəvayətlərə görə səkkiz və ya doqquz ay) sübh namazı vaxtı həzrət Fatimənin (əleyha səlam) evinin yanından keçər və buyurardı: «الصّلاة يا اهل البيت انّما يريد اللّه ليذهب عنكم الرّجس اهل البيت و يطهركم تطهيرا» (Namaz vaxtıdır ey Əhli-beyt, Allah istəyir (iradə edir) siz Əhli-beytdən hər cür çirkinliyi aparsın və sizi pak etsin”.
“İhqaqul-həqq” kitabında ayənin beş nəfərə xüsusi olaraq təyin edilməsi ilə bağlı məşhur sünni mənbələrindən yetmişdən çox hədis, həmçinin məşhur sünni kitablarından biri olan “Şəvahid ət-Təniz” kitabında isə eyni mövzuda yüz otuzdan çox rəvayət qeyd edilmişdir.[5]
Lakin bu ayə Peyğəmbərin (sallallahu əleyhi və alih) zövcələrini əhatə etmir, çünki:
Onlar bəzən günah işlədirdilər. “Təhrim” surəsində oxuyuruq: “Peyğəmbər zövcələrindən bəzisinə sirr verdi, lakin o, sirrini gizlətmədi, digərinə dedi. Quran bu əməli günah adlandıraraq buyurur:
«ان تتوبا اِلى اللّه فقد صغت قلوبكما»
“Əgər ikiniz də Allaha tövbə etsəniz, həqiqətən, qəlbləriniz azmışdır.”
Peyğəmbərin həyat yoldaşı Aişə İmam Əliyə (əleyhissəlam) qarşı Cəməl döyüşünü başlatdı və sonra peşman oldu, baxmayaraq ki, bu döyüşdə çoxlu müsəlman qətlə yetirildi.
(ardı var)