Azari

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə

25 July 2025

02:29

۱۳

Xəbərin xülasəsi :
“Bizim övladlarımız”- «ابنائنا»; Deməli, İmam Həsən və İmam Hüseyn (əleyhiməssəlam) Peyğəmbərin övladlarıdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə

Mubahilə ayəsi

(ardı)

Peyğamlar:

1- Əgər insan bir məqsədə inamlı olarsa, özünü və ən yaxın qohumlarını təhlükəyə atmağa razıdır. «من بعد ما جائك من العلم»

2-Möminin son ümidi və kəsici silahı namazdır. «فقل تعالوا ندع»

3- Qız da oğul kimi insanın öz övladıdır. “Bizim övladlarımız”- «ابنائنا»;  Deməli, İmam Həsən və İmam Hüseyn (əleyhiməssəlam) Peyğəmbərin övladlarıdır.

4-Müxtəlif dini və ictimai səhnələrdə qadın və kişi bir-biri ilə yanaşı hallanır. «نسائنا»

5-Dua edənlərin sayı deyil, halı vacibdir. Mübahələ edənlər qrupu beş nəfərdən çox deyildi. «ابنائنا، نسائنا، انفسنا»

6-Əli ibn Əbi Talib (hər ikisinə salam olsun) Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) canı və özüdür. «انفسنا»

7- Dua məclislərinə uşaqlarımızı da götürməliyik. «ابنائنا»

8-Peyğəmbər ailəsinin (Allahın salam və salavatı olsun onlara) duaları qəbul və müstəcabdır. «ابنائنا، نسائنا، انفسنا»

9- Qeybdən kömək istəmək adi qabiliyyətlərdən istifadə etdikdən sonradır. «نبتهل»

10- Məntiq, ağıl və möcüzə ilə haqqı qəbul etməyən şəxs ilə mübahələ etmək lazımdır. «تعالوا... نبتهل»

11-Əgər möminlər möhkəm dayansalar, düşmən batil olduğuna görə geri çəkilər. «ندع... نبتهل»

12- Dəlil və istidlal müqabilində (sübut) və arqumentlə cavab verilməli, lakin cədəl və inadkarlıq basılmalıdır. «لعنة اللّه على الكاذبين»


İltimas dua



Etiketlər :

Həzrət imam Huseyn (əleyhissəlam) Qurani-Kərimdə