Həzrət imam Musa ibn Cəfərin (əleyhissəlam) mövludu
22 June 2025
21:29
۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Musa ibn Cəfərin (əleyhissəlam) mövludu
Hicri-qəməri 1446-cı il zil-hiccə ayının 20-i, miladi 2025-ci il iyunun 26-ı İmamət və Vilayət səmasının yeddinci parlaq ulduzu həzrət imam Musa ibn Cəfərin (əleyhiməssəlam) təvəllüd günüdür.
Bu böyük və əzəmətli sevinc gününü ilk növbədə İmam Sahibəl-Əsri vəz-Zaman həzrət Məhdiyə (Allah onun zühurunu tezləşdirsin), sonra Əhli-beyt (əleyhimussəlam) məktəbinin həqiqi davamçılarına təbrik və gözünüz aydın deyirik.
Həzrət Əbu İbrahim Musa ibn Kazimin (əleyhissəlam) həyatına qısa baxış:
Həzrət imam Musa ibn Cəfər (əleyhiməssəlam) hicri-qəməri 127-ci il 20 zil-hiccə (yaxud 128-ci il səfər ayının 7-i) Əbva adlı bir məntəqədə dünyaya gəlmişdir.
Əziz atası həzrət imam Cəfər Sadiq əleyhissəlam, hörmətli anasının adı Həmidə (Huməydə) olmuşdur.
Ləqəbləri və kunyəsi: Əbul-Həsən əvvəl, Əbu İbrahim; Kazim, Babul-həvaic, Əbd Saleh.
Hicri qəməri 148-ci ildə həzrət Sadiq əleyhissəlam şəhadətə yetdikdən sonra imam Kazim əleyhissəlam 20 yaşında imamət məqamına çatmışdır.
Həyat yoldaşı: Nəcmə xatun adlı fəzilətli bir qadın olmuşdur.
İmamət müddəti 35 il, mübarək ömrü 55 il olmuşdur.
Dövrünün hakimləri: Mənsur, Məhdi, Hadi və Harun (Abbasi sülaləsinin hakimləri).
Şəhadəti: Hicri 183-cü ildə Harun ər-Rəşidin göstərişi ilə Bağdad zindanında Zindi ibn Şahik adlı zalım zindanbanın vasitəsi ilə zəhərləndirilib şəhadətə çatmışdır.
Müqəddəs məzarı: Kaziməyn (hazırda Bağdad şəhərinə birləşmiş) şəhərindədir.
Həzrət İmam Kazim əleyhissəlamın hikmətli kəlamlarından
کُلَّما أحدَثَ النّاس مِنَ الذُّنُوبِ ما لَم یَکُونُوا یَعمَلُون، أحدَثَ اللهُ لَهُم مِن البَلاءِ مَا لَم یَکُونُوا یَعِدُّون
Həzrət Musa ibn Kazim əleyhissəlam buyurur:
“İnsanlar etmədikləri yeni günahlar etdikdə, Allah onlara ümid etmədikləri və gözləmədikləri yeni bəlalar və imtahanlar verər.”[1]