Azari

Qədir-Xum xütbəsi

23 June 2025

09:06

۱۶

Xəbərin xülasəsi :
Qədir-Xum xütbəsinin tərcüməsi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədir-Xum xütbəsi

اَلْحَمْدُ لِلَّهِ الَّذی عَلا فی تَوَحُّدِهِ وَ دَنا فی تَفَرُّدِهِ وَجَلَّ فی سُلْطانِهِ وَعَظُمَ فی اَرْکانِهِ، وَاَحاطَ بِکُلِّ شَیءٍ عِلْماً وَ هُوَ فی مَکانِهِ وَ قَهَرَ جَمیعَ الْخَلْقِ بِقُدْرَتِهِ وَ بُرْهانِهِ، حَمیداً لَمْ یَزَلْ، مَحْموداً لایَزالُ (وَ مَجیداً لایَزولُ، وَمُبْدِئاً وَمُعیداً وَ کُلُّ أَمْرٍ إِلَیْهِ یَعُودُ). بارِئُ الْمَسْمُوکاتِ وَداحِی الْمَدْحُوّاتِ وَجَبّارُ الْأَرَضینَ وَ السّماواتِ، قُدُّوسٌ سُبُّوحٌ، رَبُّ الْمَلائکَةِ وَالرُّوحِ، مُتَفَضِّلٌ عَلی جَمیعِ مَنْ بَرَأَهُ، مُتَطَوِّلٌ عَلی جَمیعِ مَنْ أَنْشَأَهُ. یَلْحَظُ کُلَّ عَیْنٍ وَالْعُیُونُ لاتَراهُ.

Birinci hissə: Allaha həmd-səna

Həmd olsun Allaha ki, tövhid və təkliyində uca, yeganəliyində yaratdıqlarına yaxındır; Onun qüdrət və səltənəti əzəmətlidir, rüknləri böyükdür. O, Öz yerində ikən hər şeyi elmlə əhatə etmiş, qüdrəti və dəlili ilə bütün məxluqata qalib gəlmişdir.

Həmişə tərifəlayiqdir və əbədi belə olacaqdır. Onun izzətinin və əzəmətinin sonu yoxdur. Başlanğıc da, axır da Ondandır və bütün işlər Ona qayıdır. O, göyləri yaradan, yeri yayan və onların hökmdarıdır. O, Öz məxluqatının sifətlərindən uzaqdır və Öz müqəddəsliyi ilə hamının müqəddəsliyindən üstündür. Mələklərin və ruhun Rəbbidir. O, yaratdıqların hamısına səxavətli və xəlq etdiklərinə nemət verəndir. Bir baxışla hər gözü görür, gözlər isə Onu heç vaxt görmür.






Etiketlər :

Qədir-Xum xütbəsinin tərcüməsi