Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
27 June 2025
07:53
۳۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1446-cı il zil-qəədə ayının sonu, miladi tarixi 2025-ci il may ayının 27-i imamət və vilayət səmasının doqquzuncu parlaq ulduzu həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür.
Bu qəmli və qüssəli gün münasibəti ilə ilk növbədə Əhli-Beyt əleyhimussəlama və Ağamız Vəliyyi-Əsr həzrət Sahib əz-Zamana (Allah onun şərəfli zühurunu tezləşdirsin), sonra bütün dünya müsəlmanlarına və Peyğəmbər xanədanını (sallallahu əleyhi və alih) sevən və onların yolunu davam etdirən, xüsusən xalqımızın mömin və əzadar təbəqəsinə təsəlli və başsağlığı deyirik!
Həzrət imam Muhəmməd Təqi əleyhissəlam
On iki imam şiələrinin doqquzuncu imamı;
Təvəllüdü: Hicri-qəməri 195-ci il rəcəb ayının 10-u;
Atası: Həzrət Əbul-Həsən Əli ibn Musa (əleyhiməssəlam);
Anası: Mariyəi-Qibtiyyənin nəslindən olan Səbikəye Nubiyyə olmuşdur, həmçinin imam Rza əleyhissəlam onu Xəyzuran adlandırmışdı;
Kunyəsi: Əbu Cəfər və Əbu Əli;
Məşhur ləqəbləri: Doqquzuncu imam, Cavad, İbnur-Rza (ə), Təqi;
Həyat yoldaşı: Ummul-Fəzl (Abbasi xəlifəsi Məmunun qızı); Səmaneye Məğribiyyə Həzrətin bütün övladları bu xanımdan dünyaya gəlibdir;
Övladları: Əli (İmam Hadi əleyhissəlam), Musa, Fatimə və Əmamə (Bəzi tarixi mənbələrdə Həzrətin dörd qız övladının adları zikr edilmişdir: Həkimə, Zeynəb, Fatimə və Xədicə);
Şəhadəti: Məşhur nəqlə əsasən, hicri-qəməri 220-ci il zil-qə`də ayının son günü;
Məzarı: İraqın Kazimeyn şəhəri, cəddi həzrət Musa ibn Cəfərin (əleyhiməssəlam) müqəddəs məzarı kənarında dəfn edilmişdir.
Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamından
قالَ علیه السلام: نِعْمَةٌ لاتُشْکرُ کسِیئَةٍ لاتُغْفَرُ
Həzrət imam Muhəmməd Təqi əleyhissəlam buyurdu:
“Təşəkkür və minnətdarlıq edilməyən nemət və xidmət, bağışlanmaz bir xəta və səhv kimidir.”[1]
Yəni edilən yaxşılıq və göstərilən xidmət müqabilində təşəkkür və razılıq olunmursa, belə xidmət və yaxşılıq, bağışlanması və əfv edilməsi düzgün sayılmayan təqsir və nöqsandır.
İltimas dua