Azari

Həzrət Əbul Həsən Əli ibn Musa ər-Rza əleyhissəlamın şəhadəti

13 June 2025

04:55

۳۰

Xəbərin xülasəsi :
Hicri-qəməri 1446-cı il, zil-qədə ayının 23-ü, miladi 2025-ci il may ayının 21-i bəzi hədislərdə həzrət imam Rza əleyhissəlamın şəhadət günü kimi qeyd edilmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Rza əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1446-cı il, zil-qədə ayının 23-ü, miladi 2025-ci il may ayının 21-i bəzi hədislərdə həzrət imam Rza əleyhissəlamın şəhadət günü kimi qeyd edilmişdir. Bu hədislərə əsasən, dini və tarixi mənbələrində həmin günün gecəsi və gündüzü imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu, bütün şiələrin pənahgahı, həzrət Əbul-Həsən ər-Rza əleyhissəlamın xüsusi ziyarəti kimi qeydə alınmışdır. Bu əsasla, bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə bu qəm-qüssə münasibəti ilə dərin təsəlli və başsağlığı deyərək, mömin bacı-qardaşlara (yaxından, ya uzaqdan) o həzrətin ziyarətini arzu edirik, Allah ziyarətlərinizi qəbul etsin.

Bir rəvayətə görə, 203-cü ildə İmam Rzanın (əleyhissəlam) şəhadəti baş vermişdir. O həzrəti uzaqdan və yaxından ziyarət etmək sünnədir. Seyid ibn Tavus “İqbal” kitabında belə yazır: “Bəzi əcəm (qeyri-ərəb) səhabələrimizin kitablarında belə gördüm ki, zil-qədə ayının 23-də mövlamız İmam Əli ibn Musa Rzanı (əleyhiməssəlam) yaxından və ya uzaqdan məşhur və qeyri-məşhur ziyarətnamələri ilə ziyarət etmək müstəhəbdir.

 Burada, əziz mömin bacı-qardaşlara həzrət imam Rzanın (əleyhissəlam) məşhur ziyarətnamələrindən birini təqdim edərək, möminləri o həzrətin ziyarətindən bəhrələnmələrini diləyirik:

اللَّهُمَّ صَلِّ عَلَى عَلِيِّ بْنِ مُوسَى الرِّضَا الْمُرْتَضَى الْإِمَامِ التَّقِيِّ النَّقِيِّ وَ حُجَّتِكَ عَلَى مَنْ فَوْقَ الْأَرْضِ وَ مَنْ تَحْتَ الثَّرَى الصِّدِّيقِ الشَّهِيدِ صَلاةً كَثِيرَةً تَامَّةً زَاكِيَةً مُتَوَاصِلَةً مُتَوَاتِرَةً مُتَرَادِفَةً كَأَفْضَلِ مَا صَلَّيْتَ عَلَى أَحَدٍ مِنْ أَوْلِيَائِكَ

Əllahummə səlli əla Əliy­yibni Musər Rizəl Mur­­­təzəl imamit təqiyyin nəqiyy, və huccətikə əla mən fəvqəl ərzi və mən təhtəs sərəs siddiqiş şəhid, sə­la­tən kəsirətən tam­­tən za­ki­yətən mutəvasilətən mutə­va­tirətən mutəradifəh, kə­əf­zəli ma səlləytə əla əhə­din min əvliyaik.

İlahi, bəyənilmiş, təqvalı, pak, yer üzündə və onun altında olanlara höccətin, düzdanışan və şəhid imam Əli ibn Musər-Rzaya salam yetir! Dostlarından birinə göndərdiyin ən yaxşı salam tək, ona çoxlu, kamil, bərəkətli, davamlı və ardıcıl salam yetir!

Mənbə: Məfatihul-cinan kitabı, zil-qədə ayı.

İltimas dua!


Etiketlər :

Həzrət Əbul Həsən Əli ibn Musa ər-Rza əleyhissəlamın şəhadəti