Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
09 June 2025
17:37
۴۷
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Rza əleyhissəlamın təvəllüdü
Hicri qəməri 1446-cı il zil-qədə ayının 11-i, miladi 2025-ci il may ayının 9-u imamət və vilayət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhiməssəlamın təvəllüd günüdür. Bu xoş və sevindirici gün münasibətilə həzrət Məhdi Sahib əz-Zamana (Allah onun zühurunu tezləşdirsin) təbrik deyir və bütün Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə gözaydınlığı veririk.
Həzrət Əli ibn Musa Rza əleyhiməssəlamın həyatına qısa baxış
Təvəllüd tarixi: Hicri qəməri 148-ci il zil-qəədə ayının 11-i müqəddəs Mədinə şəhəri;
Həzrətin imamət dövrü: Hicri 183-203 (20 ilə yaxın);
Əziz atası: Həzrət imam MusaiKazim əleyhissəlam və hörmətli anası: Xanım Nəcmə Xatun (əleyhasəlam);
Həyat yoldaşı: Səbikəye Nubiyyə (həzrət imam Cavad əleyhissəlamın hörmətli anası);
Məşhur ləqəbləri: Rza, Sabir, Ali Muhəmmədin alimi, Rəuf imam, Qəribul-qurəba, Saminul-Hucəc, Saminul-Əimmə, Zamine Ahu...
Həyatında hökumət edən hakimlər: Harun ər-Rəşid, Muhəmməd Əmin və Məmun;
Şəhadət tarixi: Hicri 203-cü il səfər ayının sonu, Məşhəd (Tus).
Həzrət imam Rza əleyhissəlamın dürəfşan kəlamlarından
اعْلَمُوا اَنَّـكُم لاتَشْكُرونَ اللّه َ تَعالى بِشَىْ ءٍ بَعْدَ ايمانٍ بِاللّه ِ و بَعْدَ الاْعْتِرافِ بِحُقوقِ اَولياءِ اللّه مِنْ آلِ مُحَمَّدٍ رَسولِ اللّه ِ صلي الله عليه و آله احَبَّ اِلَيْهِ مِنْ مُعاوَنَتِكُم لاِخْوانِكُمُ الْمُؤْمِنينَ عَلى دُنْياهُم
"Bilin ki, Allaha iman gətirdikdən və Allahın Peyğəmbəri Məhəmmədin (ona və ailəsinə Allahın salamı və salavatı olsun) ailəsindən olan Allahın övliyalarının haqqını tanıdıqdan sonra mömin qardaşlarınıza dünya işlərində kömək etməkdən Allaha daha çox xoş gələn bir şükür əməli yoxdur."
Mənbə: Uyun əxbar Rza əleyhissəlam, cild-1, səh. 180