Həzrət Fatimei-Məsumənin (əleyha səlam) mənəviyyat və əxlaqı

12 December 2025

03:50

۲۵

Xəbərin xülasəsi :
Həzrət Fatimə Məsumənin (əleyhasəlam) şəxsiyyəti haqqında Ayətullah Fazil Lənkəraninin (bərəkətli həyatı davamlı olsun) açıqlamaları

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qadınlar Həzrət Fatimeyi Məsumənin (əleyhəssalam) əxlaq və mənəviyyatını örnək etməlidirlər

Xəbərin xülasəsi:

Həzrət Fatimə Məsumənin (əleyhasəlam) şəxsiyyəti haqqında Ayətullah Fazil Lənkəraninin (bərəkətli həyatı davamlı olsun) açıqlamaları

بسم الله الرّحمن الرّحيم

الحمدلله رب العالمين و صلى الله على سيدنا محمد و آله الطاهرين

Həzrət Fatimeyi Məsumənin (əleyhəssalam) mübarək mövludu ilə başlayan və Həzrət Saminul-Höcəc Əli ibn Musa ər-Rizanın (Allahın ona salam və salavatı olsun) mövludu ilə sona çatan Kəramət ongünlüyünün gəlişini qeyd edirik. Ümid edirəm ki, bu iki mübarək varlığın bərəkətindən dünyamız və axirətimiz üçün çoxlu faydalar əldə edə bilərik.

Mühüm olan bir məsələyə diqqət edilməlidir ki, Məsum imamlarımız, imam Sadiq, səkkizinci imam və imam Cavad (əleyhimussəlam) Fatimei-Məsumənin (əleyha səlam) ziyarətinə nisbət və şiələri bu Bibinin ziyarətinə rəğbətləndirməklə bağlı olduqca əhəmiyyət vermiş və çox təkid etmişlər. İmam Cavadın (əleyhissəlam) bu məşhur cümləsini buna misal vurmaq olar ki, buyurur: 

"من زار قبر عمتی بقم فله الجنة"

“Hər kəs Qumda Bibimin ziyarətinə getsə, yeri Cənnətdir.”

 Yaxud səkkizinci İmam (əleyhissəlam) daha yüksək ifadə ilə buyurur:

"من زار ها کمن زارنی"

Bu ifadə “fələhul-Cənnəh” ifadəsindən daha yüksək mərtəbədədir, yəni əgər bir kəs həzrət Məsuməni ziyarət etsə, sanki səkkizinci İmamın (əleyhissəlam) özünü ziyarət etmişdir.

İndi sual yaranır ki, bu ancaq bu Bibiyə hörmətdirmi? Görəsən, İmamlar (əleyhimussəlam) bu xanımın qəbrinin şiələr üçün mehvər olmasını istəyiblər, yoxsa burada sübuta yetirilən başqa bir məsələ vardır, yəni bu xanım haqqında elə bir həqiqət mövcuddur ki, ondan yalnız İmamların (əleyhissalam) xəbəri var və biz bu həqiqətin nə qədərini öyrənə bilərik?

Bu Bibi Quma gəldikdə, Musa ibn Xəzrəcin evində qaldı, baxmayaraq ki, çox ağır xəstəliyə düçar olmuşdu, onun əsərinin 17 gündən sonra Allahın rəhmətinə getdi. Amma bu qısa müddət ərzində o, bu evdə özünə ibadət yeri kimi bir yer yaratdı ki, bu gün də mövcuddur və o, Beytun-nur (Nur evi) və ya Həzrət Məsumə (əleyhəs-salam)-ın ibadətgahı kimi yad olunur.

Biz bu xanımdan nümunə götürməliyik. Xüsusilə xəstəliyinin şiddəti dövründə ibadətə olan bağlılığından aydın olur ki, bu xanım ibadətində qeyri-adi olub. Xüsusilə hicri 173-cü ildə anadan olduğu və 201-ci ildə vəfat etdiyi bildirilən Həzrətin təxminən 28 yaşında olduğunu nəzərə alsaq, bu xanımın ibadət baxımından özünü yüksək səviyyədə tutduğu aydın görünür.

Biz demək istəmirik ki, Həzrət Məsumə (əleyhəssalam) da on dörd məsumun (əleyhimus-salam) məsumluq məqamından bəhrələnibdir. Xeyr! O məsumluq imamət məqamına xasdır. Amma məlum olur ki, onun ibadət baxımından o qədər yüksək məqamı olub ki, İmamlar (əleyhimus-salam) öz nəsilləri arasında belə bir qız övladının olması ilə fəxr etmişlər.

Həzrət Məsumə (əleyhəssalam)-ın ibadətini, gənc yaşında və ağır xəstəlik halında olması ilə belə özümüzə nümunə etməliyik. Bizə kiçik bir xəstəlik əlaməti ariz olduqda namazı ilk vaxtında qılmağı və nafilə namazlarını tərk etməyə hazırıq. Zeynəbi Kübranın (əleyhəssalam) Aşura gecəsi gecə namazını oturaraq qılmasından məlum olur ki, onlar üçün ibadət ən yüksək həddə dayanır. Biz bu vacib namaz və bir neçə nafilə namazlarına kifayətlənib özümüzü ibadət əhli hesab edirik. Halbuki məsum İmamların (əleyhissalam) və onların övladlarının ibadətlərini görsək, biz ibadət əhli olmadığımızı anlayarıq, Allahın ibadəti ilə oynayırıq və ibadət əhli olduğumuzu düşünürük.

Həzrət Məsumə (əleyhasəlam)-in uca və təəccüblü şəxsiyyətə malik olduğunu göstərən ikinci incəlik odur ki, o, 10 yaşında bir çox məsələlərdən xəbərdar idi. Bu əhvalat məşhurdur ki, Qumdan bir qrup şiələr Mədinəyə gedərək İmam Kazimi (əleyhissəlam) ziyarət etmək və yazdıqları şəri məsələləri ondan soruşmaq istəyirlər. Bu, yəqin ki, əvvəllər gündəmə gətirilməyən və onların bu suallara cavab tapmadıqları məsələlər idi. Mümkündür Qum alimlərindən bu sualları soruşa bilməmişlər və ya soruşsalar da cavab tapa bilməmişlər. İmam Kazimin (əleyhissəlam) evinin qapısına getdilər və gördülər ki, İmam yoxdur. Fatimeyi Məsumə (əleyhəssəlam) qapını açıb dedi: “İstəyiniz nədir?” Dedilər ki, biz Qum şiələriyik və bəzi suallarımız var idi. Buyurdu: “Sualları mənə verin”. Həzrət sualları götürdü və yaşı 10-dan çox olmasa da, dərhal bütün cavabları yazdı.

 Şiələr Mədinədən qayıdarkən yolda İmam (əleyhissəlam) ilə qarşılaşdılar. İmam soruşdu: "Harada idiniz?" Onlar hadisəni nəql etdilər və İmam buyurdu: “Cavabları mənə verin ki, nəzərdən keçirim”. İmam (əleyhissəlam) cavabları görüb dedi: “Hamısı düzdür”. Sonra “Fidahə Əbuhə”- dedi. Məsum imamın öz övladı haqqında “Fidahə Əbuhə” deməsi çox qəribədir. Həzrət Zəhra (əleyhasəlam) haqqında Həzrət Peyğəmbərdən (səlləllahu əleyhi və alih) də nəql olunan bu ifadə şiddətli sevgidən doğan duyğulu ifadə deyil. Bu, Həzrət Zəhra və Fatimeyi Məsumənin (əleyhiməssalam)-in məqamını və əzəmətini ifadə edir ki, onlar Peyğəmbər və məsum İmamın “Fidahə Əbuhə” deyəcəkləri bir mərhələyə çatıblar.

Məsum İmamların (əleyhissalam) “lədunni” elminə malik olduqları və qeyb aləminə bağlı olduqları sübut edilmişdir. Halbuki bu lədunni elmə yalnız İmamlar sahib idilər və biz Fatimeyi Məsumə (əleyhəssalam)-in da lədunni elmə malik olduğunu deyə bilmərik. Bəs, biz nə deməliyik? Deməliyik ki, bu evdə gözlərini açdıqları andan onlara din, Quran, hədislər, İslam maarifi öyrədilir. Deməyiblər ki, yaşı azdır və Quran və hədis öyrənməsi vacib deyil, xeyr! Onları öyrədirdilər, yəni İmamların (əleyhimussalam) həyat tərzi uşaqlara Quran və hədislərlə daima tanış olmaları, vaxtlarını boş işlərə sərf etməmələri və həyatlarından maksimum istifadə etmələri üçün şərait yaratmaq idi. Biz məsum olmayan varlıqlarda lədunni  elmin mövcudluğunu inkar etsək də, bu şərəfli varlıqlara xüsusi İlahi lütflərin bəxş olunduğuna inanırıq.

Əsas sualım budur: Nə üçün üç imam Həzrət Məsumə (əleyhissalam) haqqında deyirlər ki, onu ziyarət edənin yeri Cənnətdir? Nə üçün Səkkizinci İmam (əleyhissalam) buyurur ki, kim Həzrət Məsuməni (əleyhəssalam) ziyarət edərsə, sanki məni ziyarət etmiş kimi olar? Bu “Kə mən zarəni”, biz tələbələrin dediyi kimi “Tənzir”-(bərabər tutmaq)dir və əgər burada xüsusi bir cəhət yoxdursa, bu ifadədən tənzirin ümumi olması ələ gəlir. Əgər bu da istifadə edilməsə, səkkizinci İmamın (əleyhissalam) ziyarəti ilə bağlı rəvayətlərdə aydın bəyan edilir.

Bəzənti deyir ki, səkkizinci İmamın (əleyhissalam) özü demişdir ki, hər kim məni ziyarət etsə, Allah ona min qəbul olunmuş həccin savabını verər. Bunu anlamaq Bəzənti üçün bir az çətin oldu, niyə bir neçə dəqiqəlik ziyarətin savabı min həccə bərabər sayılır? O, İmam Cavadın (əleyhis-salam) yanına gəldi və İmam buyurdu: Ey Bəzənti! Bundan yüksəkdir. Əgər atam demişsə ki, məni ziyarət etmək min həcc ziyarətinə bərabərdir, mən deyirəm ki, “Kim onu, haqqını dərk edərək ziyarət etsə, min min həcc ziyarətinə bərabərdir”. Yəni, əgər zəvvar adi şiədirsə, ona min həcc verilir, lakin o, İmamın (əleyhissəlam) məqamına alimidirsə, İmamı (əleyhissalam) Allahın dəlili və elm mənbəyi hesab edirsə və “Camiəyi-Kəbirə” ziyarətində qeyd edilən vəsflərlə tanıyırsa və onların mənasına vaqifdirsə, onun ziyarəti min min həccə, yəni bir milyon qəbul edilmiş həccə bərabərdir.

Eyni məsələ Həzrət Məsumə (əleyhəssalam)-ın ziyarətinə də aiddir. Hər kim Həzrət Məsumənin (əleyhəssalam) Musa ibn Cəfərin (əleyhiməssalam) qızı olduğunu düşünsə və bu baxışla onun ziyarətinə getsə, Həzrətin ziyarətinin bir dərəcəsi ona verilər. Amma kim bu Bibinin imamlar (əleyhimussalam) yanında məqamına agah olsa və onun İmamlar (əleyhissalam) yanında hansı məqam və dərəcəyə malik olduğunu bilsə, neçə bərabər savaba layiq görülər.

(ardı var)


Etiketlər :

Qadınlar Həzrət Fatimeyi Məsumənin (əleyhəssalam) əxlaq və mənəviyyatını örnək etməlidirlər