Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi
17 June 2025
12:31
۶۳
Xəbərin xülasəsi :
Həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (Allah ona rəhmət etsin) Həzrət Fatimeyi Məsumənin (salamullahi əleyha) anım mərasimi ilə bağlı bəyanatı.
Həzrət Məsumə (əleyhissalam)-ın doğum və vəfat tarixi haqqında, necə ki, dəfələrlə bəzi minbər əhlinə xüsusi olaraq demişəm ki, siz Həzrət Məsumə (əleyhissalam)-n tarixinə gəldikdə, nə üçün qəti tarix axtarırsınız? Qəti tarix nə deməkdir?
Biz hamımız Həzrət Məsumə (əleyhissalam)-n qonağıyiq, bütün müvəffəqiyyətlər və bərəkətlər ondandır. Tarixdə bu münasibətlə müəyyən bir gün qeydə alınmasa idi belə, biz özümüz onunla əlaqədar il ərzində bir günü təyin etməli olardıq.
İndi o ki, ola bəzi tarixçilər bəzi tərcümeyi-halların yazıldığı kitablarda bu mənanı nəzərə alıb, onun təvəllüd və vəfat tarixlərini qeyd ediblər?
Biz o Həzrətin süfrəsi kənarında oturduğumuz üçün istəyirik ilin bir gününü Həzrət Məsumənin (əleyhissalam) təvəllüdü və bir gününü də vəfatı olaraq qeyd edək.
Həmçinin, Həzrət Məsumə (əleyhissalam)-ı ziyarət etməyin fəziləti gəldikdə, İmam Cavadın (əleyhissalam) Həzrət Məsumə (əleyhissalam) haqqında buyurduğu bu kəlamdan daha böyük nə ola bilər?
Həzrət buyurur:
من زار عمتی فاطمة بقم وجبت له الجنة
“Kim Qumda bibim Fatiməni (əleyhasəlam) ziyarət edərsə, ona cənnət zəmanət verilir.”