Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
01 April 2025
02:51
۱۲
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
اللَّهُمَّ ارْزُقْنِي فِيهِ فَضْلَ لَيْلَةِ الْقَدْرِ وَ صَيِّرْ أُمُورِي فِيهِ مِنَ الْعُسْرِ إِلَى الْيُسْرِ وَ اقْبَلْ مَعَاذِيرِي وَ حُطَّ عَنِّيَ الذَّنْبَ وَ الْوِزْرَ يَا رَءُوفا بِعِبَادِهِ الصَّالِحِينَ
“Əllahummərzuqni fihi fəzlə ləylətil qədri və səyyir umuri fihi minəl usri iləl yusri vəq-bəl məaziyri və huttə ənniyəz-zənbə vəl-vizrə, ya rəufən biibadihis salihin.”
“İlahi! Bu gün “Qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, xata və günahlarımı təmizləyib aradan apar; Ey saleh bəndələrə mehriban olan!"
Duanın əsas kəlmə və ifadələri:
Qədr gecəsinin fəziləti; Çətinliklərin asanlaşması; Üzrün qəbul edilməsi; İlahi rəfət və mehribanlıq.
Duanın möminlərə sifariş və tövsiyələri:
1-Həzrət Baqir əleyhissəlam: “Qədr gecəsində edilən layiqli və bəyənilən əməl, digər zamanlar min ayda edilən layiqli əməldən üstündür”; (Əl-Kafi, cild-4, səh. 157)
2-Çətinlikləri addayıb asanlığa çatmaq yolunun bəyanında Qurani-Məcid buyurur: “Allah yolunda infaq edən, təqvalı olan və Allahın nemət və yaxşılıqlarını təsdiq etmək insanı asayiş yoluna çıxarar”; (Ləyl surəsi, ayə 5-7)
3-Qurani-Kərim: “De! Ey Mənim bəndələrim, Allahın rəhmətindən naümid olmayın, Allah-taala bağışlayan və mehribandır.”
İlahi! Bu gecə Allah yolunda yoxsullara infaq və sədəqə etməyi möminlərə nəsib et, onların nəfsini pis əxlaq və xoşagəlməz əməllərdən pak et, dua və hacətlərini müstəcab et, xəstələrinə şifa inayət buyur, Amin, ya Rabbil aləmin!
İltimas dua