Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
17 March 2025
10:50
۱
Xəbərin xülasəsi :
qeyd olunan 44-cü duası
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
-
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
-
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
-
Ramazan ayının on dördüncü gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının on üçüncü gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli ibn Huseyn Zeynul-Abidin imam Səccad əleyhissəlamın möhtəşəm “Səhifəi-Səccadiyyə” kitabında mübarək Ramazan ayının gəlişi münasibətilə qeyd olunan 44-cü duası
(ardı)
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ، وَ قِفْنَا فِيهِ عَلَى مَوَاقِيتِ الصَّلَوَاتِ الْخَمْسِ بِحُدُودِهَا الَّتِي حَدَّدْتَ، وَ فُرُوضِهَا الَّتِي فَرَضْتَ وَ وَظَائِفِهَا الَّتِي وَظَّفْتَ وَ أَوْقَاتِهَا الَّتِي وَقَّتَّ
Pərvərdigara! Muhəmməd və onun Əhli-beytinə salam yetir! Bu ayda bizi beş vaxt namazın vaxtlarının həqiqətinə vaqif et; Namaz üçün müəyyən etdiyin hədlərə və ədəb qaydalarına, buyurduğun şərtlərə və vacibata, təyin etdiyin vəzifələrə və fəzilət vaxtlarına bizi agah et.
وَ أَنْزِلْنَا فِيهَا مَنْزِلَةَ الْمُصِيبِينَ لِمَنَازِلِهَا، الْحَافِظِينَ لِأَرْكَانِهَا، الْمُؤَدِّينَ لَهَا فِي أَوْقَاتِهَا عَلَى مَا سَنَّهُ عَبْدُكَ وَ رَسُولُكَ صَلَوَاتُكَ عَلَيْهِ وَ آلِهِ فِي رُكُوعِهَا وَ سُجُودِهَا وَ جَمِيعِ فَوَاضِلِهَا عَلَى أَتَمِّ الطَّهُورِ وَ أَسْبَغِهِ وَ أَبْيَنِ الْخُشُوعِ وَ أَبْلَغِهِ.
Gündəlik namazları əda etməkdə bizi namazın yüksək dərəcələrinə yetən möminlərin rütbəsinə nail et; Onun rüknlərini layiqincə yerinə yetirək, namazların vaxtını riayət edək, rüku və səcdələrini, eləcə də bütün fəzilətlərini sevimli bəndən və Rəsulun - ona və ailəsinə salam və salavatın olsun – təyin etdiyi sünnəyə əsasən tam və mükəmməl təharətlə, ən aşkar və yetərli xüşu və təvazökarlıqla yerinə yetirək.
وَ وَفِّقْنَا فِيهِ لِأَنْ نَصِلَ أَرْحَامَنَا بِالْبِرِّ وَ الصِّلَةِ وَ أَنْ نَتَعَاهَدَ جِيرَانَنَا بِالْإِفْضَالِ وَ الْعَطِيَّةِ وَ أَنْ نُخَلِّصَ أَمْوَالَنَا مِنَ التَّبِعَاتِ وَ أَنْ نُطَهِّرَهَا بِإِخْرَاجِ الزَّكَوَاتِ وَ أَنْ نُرَاجِعَ مَنْ هَاجَرَنَا وَ أَنْ نُنْصِفَ مَنْ ظَلَمَنَا وَ أَنْ نُسَالِمَ مَنْ عَادَانَا حَاشَى مَنْ عُودِيَ فِيكَ وَ لَكَ، فَإِنَّهُ الْعَدُوُّ الَّذِي لَا نُوَالِيهِ وَ الْحِزْبُ الَّذِي لَا نُصَافِيهِ.
Bizə bu ayda uğur nəsib et ki, qohum-əqrəba ilə yaxşılıq və mehriban münasibət bəsləyək, qonşularımızla mərhəmət və səxavətlə davranaq, mallarımzı xalqın haqqını və zəkat çıxarnaqla təmizləyib pak edək, əlaqəsini bizimlə kəsənlərlə barışaq, bizə zülm edənlərlə ədalətli və insaflı olaq, bizimlə düşmənçilik edənlərlə saziş edək, yalnız Sənin yolunda və Sənin razılığın naminə düşmənçilik müstəsnadır, çünki o, dostluğa yaramayan düşməndir və insafı anlamayan tərəfdir.
(ardı var)