Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
17 March 2025
00:16
۳
Xəbərin xülasəsi :
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
-
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
-
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
-
Ramazan ayının on dördüncü gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının on üçüncü gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
Hicri qəməri 1446-cı il Ramazan ayının 15-i, miladi 2025-ci il mart ayının 16-ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) ilk nəvəsi və qəlbinin nuru, Əhli-beytin (əleyhimussəlam) kəramətli övladı, cənnət cavanlarının sərvəri, imam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür.
Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın Hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və sevənlərinə təbrik deyir Allah-taaladan mömin bacı-qardaşların namaz, oruc və digər ibadətlərinin qəbul olunmasını diləyirik.
Həzrət imam Həsən Müctəba əleyhissəlamin həyatina qısa baxış
Məşhur nəzərə əsasən həzrət Həsən ibn Əli (əleyhiməssəlam) hicri-qəməri 3-cü il ramazan ayının 15-i müqəddəs Mədinə şəhərində dünyaya gəlməşdir.
Əziz babası həzrət Rəsuləllah (sallallahu əleyhi və alih)
Kəramətli atası həzrət Əmirəl-möminin Əli (əleyhissəlam)
Hörmətli anası həzrət Peyğəmbərin əziz qızı həzrət Fatiməi-Zəhra (əleyhasəlam)
Şəhadəti hicri 50-ci il səfər ayının 7-i
Müqəddəs Mədinə şəhəri Bəqi qəbiristanında dəfn edilmişdir.
Həzrət Peyğəmbəri-Əkrəmin (səlləllahu əleyhi və alih) əziz qızı xanım Fatiməi-Zəhra (səlamullahi əleyha) ilə imam Əli əleyhissəlamın evlənməsinin ilk meyvəsi şiələrin ikinci İmamı həzrət Həsən Müctəba (əleyhissəlam) hicrətin üçüncü ili ramazan ayının on beşində Mədinə şəhərində dünyaya gəlmişdir.
Tarix kitablarında qeyd edilir ki, Həzrətin təvəllüdünün yeddinci günündə anası həzrət Fatiməi-Zəhra (əleyhasəlam) bu mübarək körpəni Cənab Cəbrailin (əleyhissəlam) Beheştdən hədiyyə gətirdiyi ipək parçaya büküb həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hüzuruna gətirdi və o Həzrət körpənin adını Həsən qoydu və onun üçün qoyun kəsdirib ehsan verdi.[1]
Həzrət imam Həsən (əleyhissəlam) öz cəddinin dövrünü çox görməmişdi. Çünki o, təxminən yeddi yaşında olarkən Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) dünyadan köçmüşdü. Peyğəmbərdən (səlləllahu əleyhi və alih) sonra təxminən otuz il atası həzrət imam Əli əleyhissəlamla birgə olmuşdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) altı aya yaxın müsəlmanların xəlifəsi və on il müddətinə qədər şiələrə imamlıq (başçılıq) etmişdir.[2]
İkinci imamımız həzrət Muctəba (əleyhissəlam), elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün çox səxavətli şəxsi, məzlumların köməkçisi, miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır. O Həzrətin vücudu, dərdli ürəklərin, fəqır və imkansızların pənahı, ehtiyacı olanların ümid yeri idi. Heç bir kasıb onun evindən əliboş geri qayıtmamışdır. Qəlbi sınmış hər hansı bir şəxs dərdini ona açıb söyləsəydi, İmam (əleyhissəlam) onun dərdinə mütləq bir məlhəm qoyardı. Hətta bəzi vaxtlar imkansız şəxs özü ehtiyacını deməzdən və xəcalət təri tökməzdən qabaq İmam (əleyhissəlam) onun ehtiyacını ödəyər və ona xəcalət çəkməyə və utanmağa yol verməzdi.
Həzrət imam Həsən əleyhissəlamın dünyaya gəlişi bütün gözəlliklərin şükufələnməsi və aşkara çıxmasıdır. “Həsən” sözünün mənası gözəl deməkdir; həm özü gözəl, həm gəlişi gözəl, bir sözlə Allah-taala bu mövlud vasitəsilə həyatın bütün gözəlliklərini bəşərə göstərmişdir…
Bu əziz gündə sevincimizi imam Zamanın (əleyhissəlam) sevincinə qovuşduraq və bütün əzizlərimizə, o cümlədən, ailə üzvlərimizə və Əhli-Beytə (əleyhissəlam) məhəbbət bəsləyənlərə mübarət ramazan ayının nemət və fəzilətlərindən, xüsusən bu günün mənəvi ruhundan layiqincə faydalanmağı arzu edirik, inşa Allah.
Allah-taala hacət və dualarınızı qəbul etsin! Amin, ya Rəbbəl-aləmin.
[2] “Əl-İrşad”, mərhum Şeyx Mufid, səh. 187.