Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
13 March 2025
21:32
۱
Xəbərin xülasəsi :
qeyd olunan 44-cü duası
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli ibn Huseyn Zeynul-Abidin imam Səccad əleyhissəlamın möhtəşəm “Səhifəi-Səccadiyyə” kitabında mübarək Ramazan ayının gəlişi münasibətilə qeyd olunan 44-cü duası
(ardı)
اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِهِ، وَأَلْهِمْنَا مَعْرِفَةَ فَضْلِهِ وَ إِجْلالَ حُرْمَتِهِ، وَ التَّحَفُّظَ مِمَّا حَظَرْتَ فِيهِ، وَأَعِنَّا عَلَى صِيَامِهِ بِكَفِّ الْجَوَارِحِ عَنْ مَعَاصِيكَ، وَاسْتِعْمَالِهَا فِيهِ بِمَا يُرْضِيكَ حَتَّى لا نُصْغِيَ بِأَسْمَاعِنَا إِلَى لَغْوٍ، وَلا نُسْرِعَ بِأَبْصَارِنَا إِلَى لَهْوٍ
Pərvərdigara! Muhəmməd və onun Əhli-beytinə salam yetir! Bizi bu ayın fəzilətini tanımağa, ehtiramını saxlamağa və onda qadağan etdiyin hər bir işdən qorunmağa ruhlandır. Əzalarımızı Sənə itaətsizlikdən qoruyub, oruc tutmağımıza və onlardan Sənin razılığın olan tərzdə istifadə etməkdə bizə kömək ol, ta ki qulaqlarımızla boş sösləri eşitməyək, gözlərimizlə əyləncə axtarmayaq;
وَحَتَّى لا نَبْسُطَ أَيْدِيَنَا إِلَى مَحْظُورٍ، وَلا نَخْطُوَ بِأَقْدَامِنَا إِلَى مَحْجُورٍ، وَحَتَّى لا تَعِيَ بُطُونُنَا إِلا مَا أَحْلَلْتَ، وَلا تَنْطِقَ أَلْسِنَتُنَا إِلا بِمَا مَثَّلْتَ، وَلا نَتَكَلَّفَ إِلا مَا يُدْنِي مِنْ ثَوَابِكَ، وَلا نَتَعَاطَى إِلا الَّذِي يَقِي مِنْ عِقَابِكَ، ثُمَّ خَلِّصْ ذَلِكَ كُلَّهُ مِنْ رِئَاءِ الْمُرَائِينَ، وَ سُمْعَةِ الْمُسْمِعِينَ، لا نَشْرَكُ فِيهِ أَحَدا دُونَكَ، وَلا نَبْتَغِي فِيهِ مُرَادا سِوَاكَ.
Və əllərimizi harama açmayaq, ayaqlarımızla harama tərəf getməyək ki, qarnımız ancaq Sənin halal etdiyin şeyləri tutsun, dilimiz ancaq Sənin dediklərini danışsın və bizi yalnız savabına çatdıran zəhmətlərə qatlaşaq və əzabından qoruyacaq şeydən başqasını öhdəmizə almayaq.
Sonra bütün əməlimizi riyakarların riyasından və şöhrətpərəstlərin öyünməsindən təmizlə ki, əməllərimizdə heç kəsi Sənə şərik qoşmayaq və Səndən başqa məqsəd və mənfəət güdməyək.
(ardı var)