Azari

İftar zamanı oxunan dua

13 March 2025

18:49

۱۱

Xəbərin xülasəsi :
Allahın adı ilə! Pərvərdigara, Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et, çünki Sən hər şeyi eşidən və bilənsən
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İftar zamanı oxunan dua

Müstəhəbdir ki, oruc tutan şəxs iftar etməzdən öncə dua etsin. İftar zamanı edilən dualardan, o cümlədən, həzrət Əli əleyhissəlamdan nəql olunur ki, iftar etmək istərkən bu duanı oxuyarmış:

بِسْمِ اللَّهِ اللَّهُمَّ لَكَ صُمْنَا وَ عَلَى رِزْقِكَ أَفْطَرْنَا فَتَقَبَّلْ [فَتَقَبَّلْهُ‏] مِنَّا اِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

Bismillah, Əllahummə ləkə sumna və əla rizqikə əftərna, fətəqəbbəl minna innəkə əntəs-səmiul əlim.

“Allahın adı ilə! Pərvərdigara, Səndən ötrü oruc tutduq və Sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə, onu bizdən qəbul et, çünki Sən hər şeyi eşidən və bilənsən.”

Hər kəs birinci tikəsində:

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ يَا وَاسِعَ الْمَغْفِرَةِ اغْفِرْ لِي

Bismillahir-Rəhmanir-Rəhim, ya vasiəl məğfirəti iğfir li

(Bağışlayan və mehriban Allahın adı ilə! Ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla!-desə, Allah taala onu bağışlayar.

Hədisdə deyilir ki, ramazan ayının günlərinin axırında Allah taala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan bizim bağışlanan bəndələrdən olmağımızı istəyək.

İltimas dua


Etiketlər :

İftar zamanı oxunan dua