Ramazan ayının gecə-gündüzündə müstəhəb olan dua
27 July 2025
04:47
۵۵
Xəbərin xülasəsi :
Ramazan
ayının hər gecə-gündüzündə müstəhəb olan müştərək əməlləri
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının hər gecə-gündüzündə müstəhəb olan müştərək əməlləri
“Misbah”, “Bələdül-əmin” və “Məcmuə” kitablarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) belə buyurduğu deyilir: – “Hər kəs bu duanı mübarək ramazan ayında hər vacib namazdan sonra oxusa, Allah taala Qiyamət gününə kimi onun günahlarını bağışlayar.” Dua belədir:
اللَّهُمَّ أَدْخِلْ عَلَى أَهْلِ الْقُبُورِ السُّرُورَ اللَّهُمَّ أَغْنِ كُلَّ فَقِيرٍ اللَّهُمَّ أَشْبِعْ كُلَّ جَائِعٍ اللَّهُمَّ اكْسُ كُلَّ عُرْيَانٍ اللَّهُمَّ اقْضِ دَيْنَ كُلِّ مَدِينٍ اللَّهُمَّ فَرِّجْ عَنْ كُلِّ مَكْرُوبٍ اللَّهُمَّ رُدَّ كُلَّ غَرِيبٍ اللَّهُمَّ فُكَّ كُلَّ أَسِيرٍ اللَّهُمَّ أَصْلِحْ كُلَّ فَاسِدٍ مِنْ أُمُورِ الْمُسْلِمِينَ اللَّهُمَّ اشْفِ كُلَّ مَرِيضٍ اللَّهُمَّ سُدَّ فَقْرَنَا بِغِنَاكَ اللَّهُمَّ غَيِّرْ سُوءَ حَالِنَا بِحُسْنِ حَالِكَ اللَّهُمَّ اقْضِ عَنَّا الدَّيْنَ وَ أَغْنِنَا مِنَ الْفَقْرِ اِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
“Əllahummə ədxil əla əhlil quburis surur, Əllahummə əğni kullə fəqir, Əllahummə əşbi` kullə cayi`, Əllahumməksu kullə uryan, Əllahumməqzi dəynə kulli mədin, Əllahummə fərric ən kulli məkrub, Əllahummə ruddə kullə ğərib, Əllahummə fukkə kullə əsir, Əllahummə əslih kullə fasidin min umuril muslimin, Əllahumməşfi kullə məriz, Əllahummə suddə fəqrəna biğinak, Əllahummə ğəyyir suə halina bihusni halik, Əllahumməqzi ənnəd dəyn, və əğnina minəl fəqr, innəkə əla kulli şəy`in qədir.”
“İlahi, qəbir əhlinə sevinc bəxş et! İlahi, hər kasıbı zənginləşdir! İlahi, bütün acları doyuzdur! İlahi, (paltarı olmayan) hər çılpaqı (paltarsızı) geyindir! İlahi, hər bir borclunun borcunu ödə! İlahi, hər dərdi aradan qaldır! İlahi, qəriblikdə olan hər bir qəribi (vətəninə) qaytar! İlahi, hər bir əsiri əsirlikdən qurtar! İlahi, müsəlmanlar arasında hər bir fitnə- fəsadı islah et! İlahi, hər bir xəstəyə şifa ver! İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır! İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu (pis halımızı) dəyiş! İlahi, borclarımızı ödə və bizi yoxsulluqdan xilas et! Həqiqətən, Sən hər şeyə qadirsən!”
İltimas dua!