Ramazan ayının ikinci gününün duası
25 July 2025
19:42
۵۴
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının ikinci gününün duası:
اللَّهُمَّ قَرِّبْنِي فِيهِ إِلَى مَرْضَاتِكَ وَ جَنِّبْنِي فِيهِ مِنْ سَخَطِكَ وَ نَقِمَاتِكَ وَ وَفِّقْنِي فِيهِ لِقِرَاءَةِ آيَاتِكَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
“Əllahummə qərribni fihi ila mərzatik və cənnibni fihi min səxətikə və nəqimatik və vəffiqni fihi liqiraəti ayatik, birəhmətikə ya ərhəmər-rahimin.”
“İlahi! Bu gün məni razı olduğun əməllərə yaxınlaşdır; Öz qəzəbindən və əzabından uzaqlaşdır; Quranın ayələrini oxumağa müvəffəq et. Ey rəhm edənlərin ən rəhmlisi!”
Ramazan ayının ikinci gününün duasında işlənən əsas kəlmələr:
Allahın razılığı, qəzəbi və əzabı;
Quranın qiraəti;
Rəhm edənlərin ən rəhmlisi.
Duanın peyğamları:
1-Allah-taalanın rəhməti geniş olduğu kimi qəzəbu də böyük və şiddətlidir;
2-Ramazan ayı Quran ayıdır, bu mübarək ayda Quranın haqqını əda etməliyik; Quranın haqqı onun qiraəti, onu düşünmək və göstərişlərinə əməl etməkdir;
3-Həzrət Rəsuləllah buyurub: İnsanın qəlbi dəmir kimi pas atır və onu təmizləmək və parlatmaq yolu Quranın tilavətidir; (İrşadul-qulub, cild-1, səh. 191)
4- “Ya Ərhəmər-Rahimin” zikri Allah-taalanın nəzərini cəlb etmək, ardınca da hacətlərin qəbul olması səbəbidir. (Mustədrəkul-Vəsail, cild-5, səh. 219)
Dualarınızda möminləri unutmayın
İltimas dua!