Ramazan ayının birinci gününün duası
25 July 2025
10:12
۵۰
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gündəlik duaları
Ramazan ayının günləri üçün çoxlu fəzilət qeyd olunmuşdur və hər gün üçün çoxlu bərəkət və savabı olan xüsusi dua zikir edilmişdir. Burada hər günün duasının geniş şərhi deyil, ancaq özünü, oxunuşunu və tərcüməsini gətiririk.
Ramazan ayının birinci gününün duası:
اللَّهُمَّ اجْعَلْ صِيَامِي فِيهِ صِيَامَ الصَّائِمِينَ وَ قِيَامِي فِيهِ قِيَامَ الْقَائِمِينَ وَ نَبِّهْنِي فِيهِ عَنْ نَوْمَةِ الْغَافِلِينَ وَ هَبْ لِي جُرْمِي فِيهِ يَا إِلَهَ الْعَالَمِينَ وَ اعْفُ عَنِّي يَا عَافِيا عَنِ الْمُجْرِمِينَ
Əllahumməc`əl siyami fihi siyaməs saimin və qiyami fihi qiyaməl qaimin və nəbbihni fihi ən nəvmətil ğafilin və həb li curmi fihi ya İlahəl aləmin və`fu ənni ya afiyən ənil mucrimin.
“İlahi! Bu gün mənim orucumu həqiqi oruc tutanların orucundan və Sənə ibadətimi saleh bəndələrinin ibadətindən hesab et; məni qəflətdə yatanların yuxusundan oyat; günahlarımı bağışla. Ey aləmlərin Allahı və ey günahkarları əfv edən!”
İltimas dua!