Mübarək Ramazan ayının gəlişini təbrik deyirik
26 July 2025
16:56
۴۸
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Mübarək Ramazan ayının gəlişi
Hicri qəməri 1446-cı il ramazan ayının 1-i, miladi 2025-ci il martın 2-i ilə müsadifdir. Bu gün, ibadət aylarının ən yüksəyi, Allah-taalanın xüsusi ziyafət və bəndəlik ayının ilk günüdür. Gözəl və əzəmətli olan bu ayın gəlişini bütün müsəlmanlara, xüsusən Quran və Əhli-Beyt (əleyhimussəlam) aşiqlərinə səmimi təbrik deyir, paklıq və mənəviyyat ayında möminlərə ən gözəl bəndəçilik və İlahi məqamlar arzulayırıq.
Qur ani-kərim buyurur:
"شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآَنُ هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدَى وَالْفُرْقَانِ فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَمَنْ كَانَ مَرِيضًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامٍ أُخَرَ يُرِيدُ اللَّهُ بِكُمُ الْيُسْرَ وَلاَ يُرِيدُ بِكُمُ الْعُسْرَ وَلِتُكْمِلُوا الْعِدَّةَ وَلِتُكَبِّرُوا اللَّهَ عَلَى مَا هَدَاكُمْ وَلَعَلَّكُمْ تَشْكُرُونَ"
“İnsanlara doğru yol göstərən, bu yolu açıq dəlillərlə aydınlaşdıran və ayıran Quran ramazan ayında nazil edilmişdir. Ramazan ayına yetişən şəxslər (bu ayı) oruc tutsunlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Allaha təkbir deməklə təzim və şükür edəsiniz.”[1]
Ramazan ayı, aləmlərin Rəbbinin ayı və ən yaxşı aydır. Səmanın, cənnətin və ilahi rəhmətin qapılarının açıldığı bir aydır. Cəhənnəm isə qapıları bağlanır. Bu ayda elə bir gecə var ki, o gecədə ibadət etmək min gecənin ibadətindən üstündür. Öz gecə-gündüzünüzü necə keçirməyiniz barədə düşünün və öz bədən üzvlərinizi Allahın günahlarından necə qorumağınız haqda fikirləşin. Məbada, gecələri yuxuda və gündüzləri Allahdan qəflətdə olasan.
Rəvayət edilir ki, Ramazan ayının hər gününün axırında iftar vaxtı Allah taala bir milyon insanı cəhənnəm odundan azad edir. Cümə axşamı və cümə günü hər saatda bir milyon adamı – əzab çəkməyə məhkum olmuşları– cəhənnəm odundan azad edir. Bu ayın axırıncı gecəsi və gündüzü, bütün ayda azad etdiyi qədər Allah taala cəhənnəm odundan insanı azad edər. Beləsə, ey əziz bəndə, məbada bu ay qurtarsın sənin günahların hələdə bağışlanmasın və oruc tutanlar öz müzdlərini alanda sən əliboş qalasan. Bu ayın gecə və gündüzlərində Quran oxumaqla, həmçinin namaz qılıb daha çox ibadət etməklə və xüsusilə, namazları fəzilət vaxtlarında qılaraq çoxlu dua edib istiğfar etməklə Allah taalaya yaxınlaşın!
Həzrət İmam Sadiq (əleyhissəlam) bu barədə buyurur:
فَعَنِ الصَّادِقِ عليه السلام: "أَنَّهُ مَنْ لَمْ يُغْفَرْ لَهُ فِي شَهْرِ رَمَضَانَ لَمْ يُغْفَرْ لَهُ إِلَى قَابِلٍ إِلا أَنْ يَشْهَدَ عَرَفَةَ"
“Hər kəs Ramazan ayı bağışlanmasa, demək ilin axırına qədər bağışlanmayacaq, “Ərəfə” günü istisna olmaqla”.
Həzrət imam Kazim əleyhissəlam buyurur:
منْ صَلَّى عِنْدَ دُخُولِ شَهْرِ رَمَضَانَ رَكْعَتَيْنِ تَطَوُّعاً قَرَأَ فِي إِحْدَاهُمَا [أُولَاهُمَا] أُمَّ الْكِتَابِ وَ إِنَّا فَتَحْنَا لَكَ فَتْحاً مُبِيناً وَ الْأُخْرَى مَا أَحَبَّ دَفَعَ اللَّهُ تَعَالَى عَنْهُ سُوءَ سَنَتِهِ وَ لَمْ يَزَلْ فِي حِرْزِ اللَّهِ تَعَالَى إِلَى مِثْلِهَا مِنْ قَابِلٍ.
“Hər kəs Ramazan ayının yetişdiyi zaman iki rəkət müstəhəb namaz qılsa; birinci rəkətdə-Həmd (Fatihə) surəsindən sonra Fəth surəsini, ikinci rəkətdə-Fatihədən sonra istənilən bir surəni oxusa, Allah-taala ondan həmin ilin şərrini dəf edib uzaqlaşdırar və gələn ilə qədər Allahın pənahında qalar.”
Mənbə: İqbalul-əmal, cild-1, səh. 87
İltimas dua!