Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi
02 April 2025
02:39
۲۵۷
Xəbərin xülasəsi :
-
Mübarək Fitr bayramı
-
Həzrət Əmirəl-möminin əleyhissəlamın Fitr bayramı xütbəsi
-
Ramazan ayının iyirmi doqquzuncu gününün duasının qısa izahı
-
Ramazan ayının axırıncı gecəsinin əməlləri
-
Ramazan ayının iyirmi səkkizinci gününün duasının qısa izahı
-
Ramazan ayının iyirmi yeddinci gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının iyirmi birinci gününün duasının qısa şərhi
اللَّهُمَّ اجْعَلْ لِي فِيهِ إِلَى
مَرْضَاتِكَ دَلِيلا وَ لا تَجْعَلْ لِلشَّيْطَانِ فِيهِ عَلَيَّ سَبِيلا وَ
اجْعَلِ الْجَنَّةَ لِي مَنْزِلا وَ مَقِيلا يَا قَاضِيَ حَوَائِجِ الطَّالِبِينَ
“İlahi! Bu gün razı olduğun əməllərin yolunu mənə göstər, şeytanın istədiyi yolları mənim üzümə bağla və onu mənə qalib etmə, məni cənnətdə məskunlaşdır və onu mənim üçün bir məqam qərar ver. Ey hacətləri olan bəndələrin ehtiyacını ödəyən!”
Duanın əsas kəlmə və ifadələri:
Duanın sifariş və peyğamları:
1-İslam dinində ata-ananın xüsusi məqam və ehtiramı vardır, hətta bəzən qeyd edilir ki, Allahın razılığı ata-ananın razılığı ilə əldə edilir; (Mustədrəkul vəsail, cild-12, səh. 147)
2-Həzrət Əmir əleyhissəlam: Behişt, İlahi qayda-qanunlara itaət edən şəxsin mükafatıdır; (Mizanul-hikmət, cild-2, səh. 98)
3-Həzrət Sadiq əleyhissəlam: “Oruc tutmaq, cəhənnəm odu müqabilində qalxan və qoruyucudur; (Biharul-ənvar, cild-96, səh. 256)
4-Quran tilavət edilən ev, mələklərin get-gəl etdiyi və İlahi bərəkətlərin nazil olan yeridir; (Əl-Kafi, cild-2, səh. 910)
5-İmanın ən böyük əsəri, rahatlığın yaranması və xatircəmlik hasil etməkdir;
6-Qurani-məcid; Agah olun ki, qəlblər Allahın zikri ilə aram və rahatlıq tapar.
İlahi! Qəlblərimizi sübhün mehribanlıq nəsimi ilə dirilt; Möminləri Quranın tilavətinə müvəffəqə et; Onların qəlblərinə vüqar və səkinə nazil buyurur, Amin! Ya Rabbil aləmin!